Şəhid adından istifadə edib pul toplayırdı... - Azərbaycan Polisi hərəkətə keçdi - VİDEO | Eurasia Diary - ednews.net

15 Dekabr,


Şəhid adından istifadə edib pul toplayırdı... - Azərbaycan Polisi hərəkətə keçdi - VİDEO

Dünya A- A A+

Şəhid adından istifadə etməklə paytaxtda dələduzluq əməllərilə məşğul olan şəxs barəsində mətbuatda yayılan məlumatlarla bağlı araşdırmalara başlanılıb. 

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Eurasia Diary-ə bildirilib ki, onun kimliyinin müəyyən olunması ilə bağlı müvafiq tapşırıqlar verilib. 

Hazırda faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, sosial şəbəkədə aprel döyüşlərinin şəhidi Mikayıl Vahabzadənin adından Bakıda maşın bazarı ərazisində bir nəfər şəxsin əlində yazılı kağız mağazaları gəzərək pul yığdığı barədə məlumat yayılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...