Gürcüstanda etirazçılar hökumət binasının darvazalarını qıfıllayıblar | Eurasia Diary - ednews.net

15 Dekabr,


Gürcüstanda etirazçılar hökumət binasının darvazalarını qıfıllayıblar

Dünya A- A A+

Tbilisidə etirazçılar Gürcüstanın hökumət binasının dəmir darvazalarına bir neçə qıfıl asıblar.

Eurasia Diary xəbər verir ki, təşkilatçılar bu cür etiraz aksiyalarını davamlı olaraq keçirəcəklərini bildiriblər.

Aksiya təşkilatçılarının sözlərinə görə, bütün dövlət qurumlarının giriş qapılarına qıfıllar bağlanacaq.

***  

Tbilisidə Gürcüstan hökumət binası qarşısında etiraz aksiyası keçirilir.

Aksiyada ictimai fəallar və müxalifət partiyalarının liderləri iştirak edirlər.

Etirazçılar hökumət administrasiyasının binasının giriş qapısına qıfıl bağlamaq istəyiblər. Polis onların bu cəhdinin qarşısını alıb. Tərəflər arasında qarşıdurma baş verib.

Polis əməkdaşları binanın önündə canlı sədd yaradıblar.

Aksiyada hakim Gürcü Arzusu Partiyasının qərarına əsasən, 2020-ci ildə parlament seçkilərinin qarışıq sistem üzrə keçirilməsinə etiraz bildirilir.

Etirazçılar hökumətin istefasını da tələb edirlər. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...