Türk ordusu terrorçulara aman vermir - Öldürülən terrorçu sayı | Eurasia Diary - ednews.net

16 Dekabr, Bazar ertəsi


Türk ordusu terrorçulara aman vermir - Öldürülən terrorçu sayı

Dünya A- A A+

Türkiyə Müdafiə Nazirliyi Suriyada PKK terrorçularına qarşı əməliyyat keçirib. 

 

Eurasia Diary "Anadolu" agentliyinə istinadən xəbər verir.

 

Məlumata əsasən, uçan pilotsuz aparat vasitəsilə həyata keçirilən əməliyyat zamanı 7 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

 

Məhv edilən terrorçular "Sülh bulağı" hərəkatının həyata keçirildiyi ərazidə türkiyəli hərbçilərə qarşı hücum planlaşdırırmışlar.

 

Qeyd edək ki, ötən gün Türkiyə Silahlı Qüvvələri İraqın şimalında hərbi əməliyyat keçirib.

 

Məlumata əsasən, Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) "Pəncə-3" hərəkatı çərçivəsində İraqın şimalında PKK-nın 10 terrorçusu məhv edilib. Hazırda antiterror əməliyyatları davam edir.


 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...