II Yelizavetanın oğlu səlahiyyətlərindən imtina etdi | Eurasia Diary - ednews.net

16 Dekabr, Bazar ertəsi


II Yelizavetanın oğlu səlahiyyətlərindən imtina etdi

Dünya A- A A+

Britaniyanın kral ailəsi itkilərlə üzləşir. Belə ki, şahzadə Endryu kraliçanın qohumu kimi üzərinə qoyulan bütün imtiyaz və səlahiyyətlərdən imtina edib.

Bu barədə RenTV məlumat yayıb.

Bildirilir ki, II Yelizavetanın oğlu özü ilə bağlı yaranan qalmaqala görə bütün rəsmi və qeyri-rəsmi vəzifələrdən getmək qərarına gəlib.

Məlum olub ki, o, yüksək rütbəli və məşhur tanışları üçün yetkinlik yaşına çatmayan qızların iştirakı ilə gecələr təşkil edən məşhur maliyyəçi Cefri Epşteynlə dostluq münasibətlərində olub. Şahzadə Endryu özü şəxsən bir neçə belə tədbirdə iştirak edib.

Kraliçanın oğlu bunu təkzib etsə də, bir gün əvvəl Britaniya mətbuatı çəkiliş və foto şəklində sübutlar dərc edib. Nəticədə, Kral ailəsinin nüfuzuna ciddi xələl gəlib, həmçinin, bir sıra kompaniyalar şahzadə ilə işgüzar münasibətləri dayandırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...