Putin təhlükələrdən danışdı: - “Kosmos hərbiləşdirilir” | Eurasia Diary - ednews.net

10 Dekabr, Çərşənbə axşamı


Putin təhlükələrdən danışdı: - “Kosmos hərbiləşdirilir”

Dünya A- A A+

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin 2033-cü ilə qədər olan hərbi strategiyasını açıqlayıb.

Eurasia Diary-nin Rusiya KİV-ə istinadən xəbərinə görə, V.Putin Təhlükəsizlik Şurasının iclasında deyib ki, 2033-cü ilə qədər yeni silahlandırmaq proqramının hazırlanması 2020-ci ildən başlayacaq.

O bildirib ki, bura dronların, lazer və hipersəs sistemlərinin genişləndirilməsi daxil edilməlidir.

Rusiya liderinin sözlərinə görə, silahların keyfiyyət və kəmiyyət xüsusiyyətləri inkişaf etdirilməlidir.

V.Putin dünyanın ciddi çağırışlar və təhdidlərlə qarşılaşdığını vurğulayıb.

O bildirib ki, dünyanın müxtəlif bölgələrində nəinki uzun müddətdir davam edən münaqişələr aktivləşir, həm də yeni konfliktlər meydana çıxır.

“Aparıcı ölkələr hücum silahlarını fəal şəkildə inkişaf etdirir. NATO-nun hərbi infrastrukturunun sərhədlərimizə yaxınlaşması, habelə kosmosun hərbiləşdirilməsi cəhdləri də ciddi narahatlıq doğurur”, - deyə V.Putin əlavə edib. (oxu.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...