Rusiya başqa postsovet ölkələri kimi müstəqil olandan sonra öz pulunu dövriyyəyə buraxmalı oldu.
Yeganə fərq onda idi ki, bu pul SSRİ valyutası kimi "rubl” adlanırdı. Rusiya milli valyutasında bir əskinas var ki, indi hamı axtarır.
"Yeni Sabah" xəbər verir ki, qonşu ölkədə kolleksiyaçılar bir əskinasın ovuna çıxıblar. 500 minliyi hər yerdə soruşurlar. Bu əskinas üçün hətta 2000 dollar təklif edənlər var.
Halbuki 1997-ci ildə dövriyyəyə buraxılanda Rusiyada orta aylıq əməkhaqqına bərabər idi.