Heykəl qalmaqalı böyüyür - Ermənilər Rus dramaturqun heykəlini təhqir etdi! - VİDEO | Eurasia Diary - ednews.net

12 Dekabr, Cümə axşamı


Heykəl qalmaqalı böyüyür - Ermənilər Rus dramaturqun heykəlini təhqir etdi! - VİDEO

Dünya A- A A+

Ermənistanın "Birləşmiş Milli Təşəbbüs" partiyasının sədri Şant Arutunyanın oğlu, millətçi kimi tanınan Şaqen Arutunyan Rusiya şairi və diplomatı Aleksandr Qriboyedovun Yerevandakı abidəsini təhqir edib.

Eurasia Diary xəbər verir ki, bu barədə Şaqen Arutunyan özünün "Facebook"dakı səhifəsində yazıb. "Mən Njdenin xatirə lövhəsinin rənglənməsinə cavab olaraq Rusiya imperiyasının səfiri, yazıçı Qriboyedovun abidəsini rənglədim", - deyə o, sosial şəbəkədəki hesabında yazıb. Arutunyan üzərinə qırmızı rəng tökərək təhqir etdiyi abidənin fotosunu da "Facebook"da paylaşıb.

Ermənistanın aidiyyəti orqanları millətçi gəncin bu hərəkətinə hər hansı reaksiya verməyiblər. Onun bu hərəkətinə görə cəzalanıb-cəzalandırılmayacağı barədə məlumat verilmir.

Xatırladaq ki, Şaqen Arutunyan 2014-cü ildə şərti olaraq 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 11 oktyabrda MDB Dövlət Başçıları Şurasının iclasında Prezident İlham Əliyev Böyük Vətən Müharibəsində qələbənin 75-ci ildönümü ərəfəsində Ermənistanda nasizmin qəhrəmanlaşdırılması ilə bağlı bəyanat vermişdi. İ.Əliyev bildirmişdi ki, nasistlər və faşist fiqurları MDB-də, xüsusən də Ermənistanda qəhrəmanlaşdırılır. Bu, 2016-cı ildə İrəvanın mərkəzində Qaregin Ter-Harutyunyana (Njde) abidənin qoyulmasında öz əksini tapdı. Prezident qeyd edib ki, Böyük Vətən Müharibəsi veteranları Ermənistan rəhbərliyinin bu addımına dəfələrlə etirazlarını bildiriblər və bu fakt hətta Rusiya Xarici İşlər Nazirliyinin nasistliyin qəhrəmanlaşdırılması, irqçiliyin müasir formaları, ayrıseçkilik, ksenofobiya və onlarla əlaqəli dözümsüzlüyün genişlənməsinə səbəb olan neonasizmin yayılması vəziyyəti ilə bağlı hesabatında əksini tapıb".

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...