Ermənistanın 1-ci prezidentinə qarşı da cinayət işi açıla bilər | Eurasia Diary - ednews.net

22 Yanvar, Çərşənbə


Ermənistanın 1-ci prezidentinə qarşı da cinayət işi açıla bilər

Dünya A- A A+

“Ermənistan hökuməti 1991-ci ildən bəri ölkə tarixində ictimai rezonans doğuran, cavab tapılamayan bütün işlərə yenidən baxacaq”.

Eurasia Diary modern.az-a istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyanın aparat rəhbəri Eduard Ağacanyan açıqlama verib.

“İstər Levon Ter-Petrosyan, istər Robert Koçaryan və istərsə də Serj Sarkisyan dövrünün cinayətləri üzə çıxarılacaq”.

Ağacanyan Paşinyan hakimiyyətinin cəmiyyətin bütün suallarına cavab vermək niyyətinin olduğunu deyib.

Hazırda Ermənistanın 2-ci prezidenti Robert Koçaryan və 3-cü prezidenti Serj Sarkisyana qarşı cinayət işi açılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...