Hindistanın Yeni Dehlidəki zavodlarından birində güclü yanğın baş verib.
Eurasia Diary xarici mətbuata istinadən xəbər verir ki, paytaxtın Anac Mandi küçəsində baş verən yanğında 32 nəfər ölüb, 15 nəfər yaralanıb.
Yerli “ANI” xəbər agentliyinin məlumatına görə, Yanğından Mühafizə İdarəsinin açıqlamasında qeyd olunub ki, alov geniş ərazini əhatə etməsə də, fəsadları ağır olub. Yanğın 27 yanğınsöndürmə briqadası tərəfindən bir neçə saat ərzində söndürülüb. Ölənlərin sayının artacağı istisna edilmir. Yanğının başvermə səbəbi bilinmir.