Rusiyada səfərdə olan Belarus prezidenti Aleksandr Lukaşenko ilə Rusiya prezidenti Vladimir Putinin Soçi görüşü amanı qəflətən işıq sönüb.
Eurasia Diary Rusiya mediasına istinadən xəbər verir ki, hadisə dövlət başçılarının çıxışından sonra baş verib. Putin işığın sönməsinə “elektrik bitdi” sözləri ilə reaksiya verib.
Lukaşenko isə “Mən bilirəm, bu, Dima Peskovun işidir”,- deyərək zarafat edib.
Daha sonra danışıqlar davam etdirilib.