Kral Floridada ölən hərbçilərin ailələrinə yardım edəcək | Eurasia Diary - ednews.net

18 Sentyabr, Cümə


Kral Floridada ölən hərbçilərin ailələrinə yardım edəcək

Dünya A- A A+
Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Əl Səud Floridada krallıq vətəndaşı tərəfindən qətlə yetirilən hərbçilərin ailələrinə kömək edəcək.
 
Eurasia Diary xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
 
O, qeyd edib ki, Səudiyyə kralı başsağlığı üçün ona zəng edib.
 
“Çox kədərlidirlər. Kral onların (ölənlərin) ailələrinin və yaxınlarının qayğısında iştirak edəcək”.
 
Xatırladaq ki, dekabrın 6-da səhər saatlarında ABŞ Hərbi Dəniz Qüvvələrinin Pensakoladakı bazasında təlim keçən Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələrinin (HHQ) hərbçisi 3 nəfəri öldürdükdən sonra intihar edib. Onun açdığı atəş nəticəsində 8 nəfər yaralanıb. report

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...