"Etirazçılar "Xameneinin sevimli silahı"yla öldürülüb" - ARAŞDIRMA - FOTOLAR | Eurasia Diary - ednews.net

20 Sentyabr,


"Etirazçılar "Xameneinin sevimli silahı"yla öldürülüb" - ARAŞDIRMA - FOTOLAR

Dünya A- A A+

İranwire-də dərc olunan məqalənin müəllifi Jurnalist Behnam Gholipourun iddiasına görə, benzinin qiymətinin qalxması ilə başlayan aksiyalarda insanlar Əli Xameneinin ən sevimli silahı olan "Dragunov" silahı vasitəsiylə öldürülüb.

Dəfələrlə xütbələrinə Dragunovla çıxan Xamenei əslində bu silahla düşmənlərinə xüsusi bir mesaj ötürməyə çalışırdı. İranda silahla minbərə çıxmaq gücünü nümayiş etdirmək kimi qiymətləndirilir. Mənbənin verdiyi məlumatda qeyd edilir ki, keçmişdə şahlar və hökmdarlar minbərə çubuq və ya qılıncla çıxardılar ama İslam Cümhuriyyətində yeni dövr üçün minbərə silahla çıxmaq artıq adət halını alıb. Rejim tərəfdarları isə bu adəti “İnqilabın dəyərlərini qorumaq” kimi şərh edirlər.

Sovet istehsalı yarı-avtomatik və uzun mənzilli Dragunov, hal-hazırda dünyada ən çox istifadə edilən snayper tüfənglərindən biridir. Silah İranın n İnqilab Keşikçiləri Ordusuna daxil olan İmam Hüseyn Batalyonunun arsenalında saxlanılır. İmam Hüseyn Batalyonu 15 Noyabrda İranda benzinin qiymətinin artması ilə başlayan nümayişlərin yatırılmasında iştirak edib.

Şahidlərin sözləri...

Şahidlərin sözlərinə görə, paytaxt Tehrandakı nümayişlərdə həyatını itirən Həsən Tavusi, heç bir güllə səsi eşidilmədiyi halda qana boyanaraq yerə yıxılıb. Sonradan məlum olub ki, aksiyaçı snayper tüfəngi vasitəsilə ürəyindən vurularaq öldürülüb.Görüntülərdən də aydın olduğu kimi təhlükəsizlik qüvvələri insanları Kirmanşah bölgəsindəki binaların damından hədəf alaraq zərərsizləşdirirdi.

https://twitter.com/amjad_panahi/status/1200053480775389184

Bu üsul vasitəsilə Civanrudda 15 mülki şəxs vurularaq öldürülüb.

Qeyd edək ki, Dragunov İraq və Suriya da İranın dəstəklədiyi silahlı qruplar tərəfindən də geniş istifadə edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...