Putinlə Zelenski arasında görüş başa çatıb | Eurasia Diary - ednews.net

20 Sentyabr,


Putinlə Zelenski arasında görüş başa çatıb

Dünya A- A A+
Fransanın paytaxtı Paris şəhərində Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında baş tutan görüş yekunlaşıb.

Eurasia Diary RİA Novosti-yə istinadən xəbər verir ki, ölkə rəhbərlərinin görüşü bir saat 20 dəqiqə davam edib.

Rusiya Prezidenti Vladimir Putin "Norman Sammiti"nin nəticələrindən məmnun qaldığını bildirib.

***

Fransanın paytaxtı Paris şəhərində “Norman Dördlüyü” (Rusiya, Fransa, Almaniya, Ukrayna) liderlərinin görüşü başa çatdıqdan sonra Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş başlayıb.

Eurasia Diary report-a istinadən xəbər verir ki, buna qədər Putin və Zelenski heç vaxt görüşməyib, yalnız bir neçə dəfə telefonla danışıblar.

Protokola əsasən görüş təxminən 45 dəqiqə davam etməlidir. Lakin, Rusiya Federasiyası prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, danışıqlar vaxtla məhdudlaşmır.

Onun fikrincə, əsas məsələ iclasda Minsk razılaşmalarının yerinə yetirilməsini müzakirə etməkdir.

Görüşdə iki ölkə arasında qaz məsələsinin müzakirə ediləcəyi barədə məlumat verilməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...