Putin Berlində öldürülən çeçen komandirdən - DANIŞDI | Eurasia Diary - ednews.net

22 Yanvar, Çərşənbə


Putin Berlində öldürülən çeçen komandirdən - DANIŞDI

Dünya A- A A+
Rusiya prezidenti bu ilin yayında Berlində qətlə yetirilən Gürcüstan vətəndaşı Zəlimxan Xanqoşvili barədə danışıb.
 
Eurasia Diary Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin çeçen mənşəli Xanqoşvilini amansız və təhlükəli terrorçu adlandırıb.
 
“Xanqoşvili Moskva metrosundakı terror aktının təşkilatçısı idi. Onun iştirak etdiyi təkcə bir terror aktında 98 nəfər ölmüşdü”.
 
Putin Xanqoşvilinin qətlində Rusiya xüsusi xidmət orqanlarının əlinin olması barədə fikirləri təkzib edib. O, Berlinin 2 rusiyalı diplomatı ölkədən çıxarmasını səhv qərar adlandırıb. (Modern.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...