İranda yenə zəlzələ oldu | Eurasia Diary - ednews.net

24 Yanvar, Cümə


İranda yenə zəlzələ oldu

Dünya A- A A+
İranın cənub-qərbində Kohgiluyə və Buyir Əhməd vilayətinin Bəhmei rayonu yaxınlığında 4,6 bal gücündə zəlzələ baş verib.
 
Eurasia Diary-nin məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutunun Seysmologiya Mərkəzi bildirib.
 
Zəlzələ yerli vaxtla saat 11:51-də 17 kilometr dərinlikdə qeydə alınıb.
 
Dağıntı və tələfat barədə məlumat verilməyib.
 
Qeyd edək ki, 8 noyabrda İranın Şərqi Azərbaycan vilayətinin Miyana rayonunun Tərk şəhəri ətrafında yerli vaxtla saat 02:17-də 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 5 nəfər həlak olub, 700-dən çox insan yaralanıb.
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...