BMT Baş Assambleyası Ukraynanın Krım və Sevastopolun, habelə Qara və Azov dənizlərinin bir hissəsinin hərbiləşdirilməsi ilə bağlı qətnamə qəbul edib.
Eurasia Diary xəbər verir ki, qətnamənin əleyhinə səs verən ölkələrdən biri də Ermənistandır. 63 ölkə lehinə səs verib. 19 dövlət: Ermənistandan başqa Rusiya, Belarusiya, Qırğızıstan, Kuba, Çin, İran, Şimali Koreya, Venesuela, Nikaraqua, Serbiya, Suriya, Filippin, Myanma, Laos, Zimbabve, Kamboca, Sudan və Burundi qətnaməyə qarşı çıxıb. 66 dövlət bitərəf qalıb.
Qətnamədə Rusiyanın "Krımdan qoşunları çıxarması və Ukraynanın müvəqqəti işğalına son qoyması" tələbi yer alır. Sənəd eyni zamanda Krımda hərbi təlimlərin keçirilməsini və yarımadada nüvə infrastrukturunun qanunsuz istifadəsini pisləyir.
2018 və 2017-ci illərdə BMT Baş Assambleyası Rusiyanın Krımın və Sevastopolun, habelə Qara və Azov dənizlərinin bir hissəsini hərbiləşdirməsi ilə bağlı Ukraynanın qətnaməklərini qəbul edib. O zaman da Ermənistan əleyhinə səs vermişdi.