Moskva Metsamor AES-in təmiri üçün İrəvana verdiyi kreditin müddətini uzadacaq.
Eurasia Diary-nin məlumatına görə, bunu Ermənistanın İnfrastruktur və Ərazi İdarəetmə naziri Suren Papikyan deyib. O bildirib ki, bu barədə Rusiya tərəfi ilə razılaşmanın artıq əldə olunub. Qeyd edilib ki, Ermənistan Moskvaya kreditin ödənilməsinə 2021-ci ildən başlayacaq.
Daha öncə AES-də təmirin 2020-ci ildə bitəcəyi planlaşdırılsa da, sonradan onun vaxtı 1 il uzadılmışdı.