Çexiyanın səlahiyyətli orqanları Ermənistan Baş Prokurorluğunun Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanın Ermənistan Respublikasının hüquq-mühafizə orqanlarına təhvil verilməsi barədə tələbini təmin etməklə bağlı qərar verib.
Eurasia Diary panarmenian-a istinadən xəbər verir ki, bunu Ermənistan baş prokurorun müşaviri Qor Abramyan öz Facebook səhifəsində bildirib.
N.Sarkisyan qanunsuz silah saxlanılması və narkotik alverində ittiham olunur. Ona qarşı, həmçinin, dələduzluq və insan oğurluğu maddələri üzrə də ittihamlar irəli sürülüb.
Qeyd edək ki, Sarkisyanın qardaşı oğlu Praqada Qvatemala vətəndaşı Franklin Qonsalesin adına olan saxta pasportla həbs edilib.