Türkiyə bu ölkəyə ordu yeridə bilər - Ərdoğan AÇIQLADI | Eurasia Diary - ednews.net

22 Yanvar, Çərşənbə


Türkiyə bu ölkəyə ordu yeridə bilər - Ərdoğan AÇIQLADI

Dünya A- A A+
“Qarşımızda bütünləşmiş biriləri var. Yunanıstan, Misir, İsrail, Cənubi Kipr. Biz isə Liviya ilə bərabər olduq. Əslində, Qəddafi dövründə başlamış proses idi bu. Onun ölümü ilə pouzlmuşdu. Bundan sonra bu yolu davam etdirəcəyik”.
 
Eurasia Diary-nin məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dünya İnsan Haqları Günü çərçivəsində təşkil edilən “Hər İnsan Bir Dünya” tədbirində səsləndirib.
 
Gənclərin müxtəlif mövzularda suallarını cavablandıran prezident Liviya illə əldə olunan razılaşmadan danışarkən bildirib ki, Liviya Türkiyədən hərbi qüvvə tələb etsə, bunu əsirgəməyəcəklər: “Bunlar bizimlə belə bir təhlükəsizlik razılaşması imzaladıqdan sonra, onsuz da, qarşımızda hər hansı əngəl müzakirə mövzusu belə deyil”. (publika.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...