ABŞ Rusiya Daxili İşlər Nazirliyinin Qroznı şəhər İdarəsinin rəhbəri Aslan İrasxanova qarşı sanksiya tətbiq edib.
Eurasia Diary xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət Departamenti yayıb. Məlumata görə, İrasxanov insan haqlarının pozulmasında günahkar bilinib. Onun 27 kişinin edamına görə məsuliyyət daşıdığı vurğulanıb.