"Ermənistanda bir çoxları Məxməri inqilabın mənşəyini və hərəkətverici qüvvələrini təhlil edərkən inqilabi proseslərin kənardan başladılması qənaətinə gəlir. Onlar Məxməri inqilabın başlanğıcını və qələbəsini müəyyən edən xarici amilləri tapmaq üçün səy göstərir".
Eurasia Diary xəbər verir ki, bu sözləri kavkaz-uzel-də "Armyaneç" təxəllüslü bloqer yazıb.
"Fikirləşsinlər və razılaşsınlar ki, məxməri inqilabı bizim etmişik. Biz Nikol Paşinyanı ümummilli lider seçmişik və mandatı davam etdirə bilmədiyini görsək, onu dəyişəcəyik. Öz xalqına inanmaq lazımdır! Əvvəlki yazılarımdan birində "onun prezident olmasına mən icazə verdim" dediyim zaman xalqı nəzərdə tuturdum: o zaman icazə verdim, indi yox!", deyə bloqer bildirib.