Gürcüstanın hüquq-mühafizə orqanları polisin qanuni tələbinə tabe olmamaq və xuliqanlığa görə Tbilisinin mərkəzində 12 aksiya iştirakçısını saxlayıb.
Eurasia Diary yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Mətbuat xidməti yayıb.
Bildirilir ki, bu gün səhər saatlarında müxalifətçilər və tərəfdarları Ali Məhkəmə hakimlərinin seçimi ilə bağlı planlaşdırılan parlament səsverməsinə etiraz etmək üçün aksiyaya başlayıblar.
“Yeni Gürcüstan” Partiyası nümayəndələrinin bildirdiyinə görə, saxlanılanlar arasında partiyanın lideri Georgi Vaşadze və digər müxalifət nümayəndələri də var.
Qeyd edək ki, aksiya "Vicdansız hakimlərə yox" şüarı ilə keçirilib.