Atambayevə qarşı qətl ittihamı irəli sürüldü | Eurasia Diary - ednews.net

28 Yanvar, Çərşənbə axşamı


Atambayevə qarşı qətl ittihamı irəli sürüldü

Dünya A- A A+
Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayev onun iqamətgahına hücum zamanı xüsusi təyinatlını qətlə yetirməkdə şübhəli bilinir.
 
Eurasia Diary xəbər verir ki, bu barədə sabiq liderin vəkili Zamir Jooşev məlumat yayıb.
 
Atambayev Dövlət Təhlükəsizlik Komitəsinin “Alfa” xüsusi bölməsinin komandir müavini Usenbek Niyazbekovu öldürməkdə təqsirləndirilir.
 
İstintaq xüsusi təyinatlının “Draqunov” snayper tüfəngindən acılan atəşlə öldürüldüyünü iddia edir. Vəkil Jooşev isə “Alfa” əməkdaşlarının DTK rəhbərliyinin qanundankənar əmrini yerinə yetirdiyini və Atambayevin əleyhdarlarının hər şeyi onun boynuna atmağa çalışdıqlarını söyləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...