Paşinyan Ərdoğanı təhqir etdi - "Ədəbsiz, ucuz..." | Eurasia Diary - ednews.net

28 Yanvar, Çərşənbə axşamı


Paşinyan Ərdoğanı təhqir etdi - "Ədəbsiz, ucuz..."

Dünya A- A A+

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Senatının “erməni soyqırımı”nı tanıması ilə bağlı qətnaməsini alqışlayıb.

 Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, baş nazir Türkiyənin Ermənistan dövləti və xalqı üçün ciddi təhlükə mənbəyi olduğunu da deyib.

“Türkiyə 30 ildir ki, bizimlə sərhədi bağlı saxlayır. ABŞ və digər ölkələrin qərarları Türkiyənin destruktiv və aqressiv siyasətini göstərir. Yerevan Türkiyə ilə diplomatik münasibətləri qeyri-şərtsiz bərpa etməyə hazırdır”.

Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın “soyqırımı” açıqlamasını da pisləyib.

“Türkiyə prezidentinin “soyqırımı” qurbanları haqda bu il etdiyi ədəbsiz və ucuz açıqlama onların şərəfə və ləyaqətinin müdafiə olunmasına ehtiyacın qaldığını göstərdi”. 

 

 

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...