Putin Lenini hədəf aldı - "O, dövlət ənənəsini məhv edib..." | Eurasia Diary - ednews.net

25 Sentyabr, Cümə


Putin Lenini hədəf aldı - "O, dövlət ənənəsini məhv edib..."

Dünya A- A A+

Rusiya prezidenti Vladimir Putin zaman-zaman hədəf aldığı SSRİ qurucusu Lenin haqqında mübahisə yaradacaq ifadələr səsləndirsə də bu dəfə kinini daha sərt şəkildə ifadə edib.

Eurasia Diary "Oda tv"yə istinadən xəbər verir ki, Rusiya prezidenti Vətəndaş Cəmiyyətinin və İnsan Hüquqlarının Təşviqi Şurasının Ümumdünya İnsan Hüquqları Günü ilə əlaqədar Kremldə keçirilən iclasındakı çıxışı zamanı Lenini dövlət ənənələrini məhv etməkdə günahlandırıb:

"Bir zamanlar Lenin adında bir adam var idi, yeni Rusiya icad etməyə çalışdı. İşin sonu kütləvi məzarlıqlara qədər getdi. Leninin uydurduğu dövlət sistemi, Rusiya dövlət ənənəsini məhv etdi"- deyə əlavə edib.

Putinin bu çıxışından sonra Kommunist Partiyasının millət vəkili Valeri Rashkin cavab olaraq:

"Putin böyük səhv etdi. Bəlkə Putin Leninin həyatını və fikirlərini sona qədər oxumayıb. Hətta Putin bu gün Lenin prinsiplərini tətbiq edir" - ifadələrini səsləndirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...