Köçəryan yenidən əməliyyat olundu | Eurasia Diary - ednews.net

25 Sentyabr, Cümə


Köçəryan yenidən əməliyyat olundu

Dünya A- A A+
"Ermənistanın sabiq prezidenti Robert Köçəryanın yenidən əməliyyat olunduğunu düşünürəm".
 
Eurasia Diary bildirir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
 
Eks-prezidentin əməliyyat olunmasını ofisinin rəhbəri Viktor Soqomonyan deyib.
 
“Rober Köçəryanın vəziyyətindən çıxış edərək, mənim onunla əlaqə yaratmaq hüququm yoxdur. Məlumatı ailəsindən və vəkillərindən alıram. İnformasiyalar gecikmə ilə gəlir, amma sizə məlumat verəcəyəm”, - deyə Soqomonyan jurnalistlərə bildirib.
 
Ötən gün Köçəryan xəstəxanaya yerləşdirilib. Onun ofisindən bildirilib ki, sabiq prezident əməliyyatdan sonra planlaşdırılmış tibbi müayinədən keçib və reabilitasiyanın davam etdirilməsi barədə qərar verilib. Köçəryan oktyabrın 21-də əməliyyat olunub, sonra cəzaçəkmə müəssisəsinə qaytarılıb. Onun xəstəliyi barədə rəsmi məlumat verilməsə də, oğlu atasında şiş aşkarlandığını bildirib.
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...