Böyük Britaniyada seçkilərdə iqtidar müxalifəti - DARMADAĞIN ETDİ | Eurasia Diary - ednews.net

25 Sentyabr, Cümə


Böyük Britaniyada seçkilərdə iqtidar müxalifəti - DARMADAĞIN ETDİ

Dünya A- A A+
Dekabrın 12-də Böyük Britaniyada keçirilən parlament seçkilərində Mühafizəkarlar partiyası (tori)  inamlı qələbə qazanıb.
 
Eurasia Diary xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir Boris Consonun başçılığı altında partiya aşağı palatada 650 yerdən 364-nə yiyələnib.
 
Ötən seçkilərlə müqayisədə təmsilçilərinin sayını 66 kürsü artıran Mühafizəkarlar 1987-ci ildən bəri ən inamlı qələbələrini qazanıb.
 
“Mühafizəkarlar Brexit-i inamla yekunlaşdırmaq, ölkəni birləşdirmək və irəli addımlamaq üçün etibarlı mandat qazanıb”-deyə Conson seçkilərin nəticələrini şərh edib. Mühafizəkarların qələbəsi fonunda funt sterlinqin kursu 2,7% bahalaşıb.
 
Leyboristlər partiyasının sədri Ceremi Korbin cəmi 203 mandar qazanıb. Bu sol partiyaların 1983-cü ildən bəri ən pis göstəricisidir.
 
 
 
 
 
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...