Ermənistanda həftə ərzində məktəblərdə üç bıçaqlanma hadisəsi olub | Eurasia Diary - ednews.net

28 Sentyabr, Bazar ertəsi


Ermənistanda həftə ərzində məktəblərdə üç bıçaqlanma hadisəsi olub

Dünya A- A A+

Ermənistanda orta məktəbdə növbəti bıçaqlanma hadisəsi baş verib.

Eurasia Diary-nin məlumatına görə, bu barədə "Shamshyan" portalı bildirib.

Qeyd edilir ki, hadisə paytaxt Yerevanın Malatia rayonundakı təhsil müəssisələrindən birində qeydə alınıb. Belə ki, 187 saylı orta məktəbin 12-ci sinif şagirdi, 17 yaşlı Aram Q. həmyaşıdı Arman E-yə bıçaq zərbəsi endirib. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Yerevan Polisinin İstintaq İdarəsində materiallar toplanılır. İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib.

Qeyd edək ki, bu, Ermənistanda həftə ərzində orta məktəblərdə baş verən 3-cü bıçaqlanma hadisəsidir. Daha əvvəl Yerevandakı 114 saylı orta məktəbdə də bıçaqlanma hadisəsi qeydə alınıb. Bununla yanaşı, həftənin əvvəlində bu ölkədə məktəblilər arasında mübahisə qanlı hadisə ilə bitmişdi. (report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...