ABŞ rəsmisindən İrana sərt - XƏBƏRDARLIQ | Eurasia Diary - ednews.net

19 Sentyabr, Şənbə


ABŞ rəsmisindən İrana sərt - XƏBƏRDARLIQ

Dünya A- A A+

ABŞ Dövlət katibi Mayk Pompeo İraqda son günlər baş verən və Vaşinqtonun məsuliyyəti İranda gördüyü hücumlara münasibət bildirib.

Eurasia Diary xəbər verir ki, Yeni Akit-in yaydığı məlumata görə, bu barədə Pompeo yazılı açıqlama verib.

“İranın əlaltıları son dövrdə İraq təhlükəsizlik qüvvələri ilə ABŞ və beynəlxalq koalisiya əsgərlərinin olduğu bazalara qarşı bir çox hücum təşkil edib”, - Pompeo bildirib.

Pompeo, həmçinin 9 dekabrda Bağdad hava limanı yaxınlığındakı bir hərbi bazaya raket hücumu təşkil olunduğunu, 11 dekabrda isə hava limanına digər bir raket hücumunun həyata keçirildiyini xatırladıb, ABŞ-ın İraq təhlükəsizlik qüvvələri ilə sıx şəkildə çalışmağa davam edəcəyinin vurğulayıb:

“İranın ya da əlaltılarının amerikalılara, müttəfiqlərimizə, ya da maraqlarımıza zərər verəcək hər hansı bir hücumuna ABŞ-ın qərarlı bir şəkildə qarşılıq verəcəyini iranlı liderlərə xatırlatmaq istəyirəm. İran qonşularının suverenlik haqlarına hörmətlə yanaşmalı, həm İraqdakı, həm də bölgədəki əlaltılarına hərbi dəstəyi dərhal kəsməlidir”.(oxu.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...