Nobel mükafatçısı Əziz Sancar son günlər mübahisələrə səbəb olan İstanbul Şəhər Universitetinin Qəyyumlar Şurasının üzvlüyündən istefa verib.
Eurasia Diary teleqraf-a istinadən xəbər verir ki, bu barədə "Sözçü" qəzetinin yazarı Sərpil Yılmaz məlumat yayıb. Jurnalist köşə yazısında Sancarın əmlakı müsadirə olunan ali məktədən istefa etdiyini yazıb.
Nobel mükafatçısı istefasına "son illər problemlər yarandığına görə istefa verdim, həm yazılı şəkildə, həm də vəkilim vasitəsilə" sözləri ilə aydınlıq gətirib.
Yazar Əziz Sancarın İstanbul Şəhər Universitetinin yerini belə bilmədiyini qeyd edib. Əziz Sancar üzvlük məsələsinə belə reaksiya verib: "Cənab Əhməd Davudoğlunun istəyi ilə 2016-cı ildə Qəyyumlar Şurasına üzv olmağı qəbul etdim".