Türkiyə Şimali Kiprdə PUA-lar üçün yeni hava bazası quracaq.
Eurasia Diary-nin Türkiyə Hərbi Dəniz qüvvələrindən əldə etdiyi məlumata görə, artıq yük dolu gəmilər Mersin limanından yola çıxıb.
Hərbi bazanın qurulması üçün Keçidqala hava limanı seçilib. Təcili toplantı keçirən Şimali Kipr Nazirlər Kabineti bir gün öncə Türkiyənin Keçidqala istəyinə dərhal müsbət cavab verib.
Nazirlər Kabinetinin qərarından sonra Keçidqala hava limanında təmir işlərinə başlanılıb. Hava limanı iki həftəyə tam hazır vəziyyətə gətiriləcək.
Etibarlı mənbələrdən Eurasia Diary-ə daxil olan məlumata görə 2020-ci ildə Türkiyə Şimali Kipr Türk Cümhuriyyətində müasir hərbi baza formalaşdırmağı planlaşdırır.