"Bütün dünya bizə baxır"- Ruhani, Ukrayna təyyarəsinin qəzaya uğraması ilə bağlı Ədliyyə orqanlarına çağırış etdi.
Eurasia Diary Mehr News-a istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhani, Ukrayna təyyarəsinin qəzaya uğraması ilə bağlı Ədliyyə orqanını istintaq prosesini sürətləndirməyə çağırıb.
"Hadisənin qeyri-adi bir səbəbdən baş verə bilmə ehtimalının olduğunu anladığım zaman istintaq müddətini azaltmaq üçün bütün səy göstərdim. Bu adi bir hal deyil və bütün dünya bizi izləyir", o deyib.
Qeyd edək ki, Tehrana uçan Ukrayna təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra raketlə vurulub. İran faciəli qəzaya görə məsuliyyəti öz üzərinə götürüb. Təyyarədə olanların hamısı (176) qəza nəticəsində həlak olub.