"New York Times" bir neçə gün öncə İranda qəzaya uğrayan təyyarə ilə bağlı gözlənilməz video yayıb. Videoda iki raketin atıldığı görünür. İlk raketdən sonra təqribən 30 saniyə fasilə ilə ikinci raket təyyarə istiqamətində atılıb.
İran tərəfi isə qəzanın videogörüntülərini yayan şəxsi həbs edib. Bu barədə Fars agentliyi "Twitter" səhifəsində məlumat yayıb.
Xatırladaq ki, Tehrandan Kiyevə uçaqn təyyarənin vurulması nəticəsində 176 nəfər ölüb. qəza baş verən gün hadisəyə texniki nasazlığın səbəb olduğu deyilirdi. lakin bir neçə gün sonra İran təyyarəni qanadlı raketlə səhv salınaraq vurulduğunu etirf edib.