Ölkə tarixində ilk dəfə kişi nazir uşağına görə məzuniyyət götürür | Eurasia Diary - ednews.net

20 Sentyabr,


Ölkə tarixində ilk dəfə kişi nazir uşağına görə məzuniyyət götürür

Dünya A- A A+

Yaponiyanın Ətraf mühit naziri Koidzumi Sindziro ölkə tarixində ilk dəfə dünyaya gələcək övladına qulluq etmək üçün məzuniyyət götürmək niyyətindədir.

Bu barədə Eurasia Diary  “NHK” telekanalına istinadən xəbər verib.

Bildirilir ki, nazir övladı dünyaya gəldikdən üç ay sonra ümumilikdə iki həftə məzuniyyət götürəcək. Məzuniyyət qısa iş günü və distant iş əsasında qurulacaq ki, onun nazir vəzifəsinə və parlamentin deputatı kimi fəaliyyətinə zərər vurmasın. O, həmçinin əməkdaşları ilə elektron poçt və video zəng vasitəsilə əlaqə saxlayacaq.

Qeyd edək ki, K.Sindziro tanınmış yapon model və teleaparıcısı Takiqava Kristellə ailəlidir. (virtualaz.org)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...