Təyyarənin yanacağı məktəblərin üzərinə töküldü | Eurasia Diary - ednews.net

19 Sentyabr, Şənbə


Təyyarənin yanacağı məktəblərin üzərinə töküldü

Dünya A- A A+

ABŞ-ın Los Anceles şəhərində təcili eniş edən təyyarənin yanacağı məktəblərin üzərinə tökülüb.

Eurasia Diary Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində təxminən 60 nəfər yüngül xəsarətlər alıb.

Qeyd olunur ki, Los Ancelesdən Şanxaya uçmalı olan təyyarə Los Anceles beynəlxalq hava limanından havaya qalxdıqdan qısa müddət sonra texniki nasazlıqla əlaqədar geri qayıtmalı olub. Bu zaman təyyarənin çəkisinin azaldılması üçün pilotlar yanacağı buraxmaq qərarına gəlib.

Nəticədə yanacaq aeroportdan 16 kilometr məsafədə yerləşən 4 məktəbin üzərinə tökülüb.

Xəsarət alan şagird və müəllimlərə yerində tibbi yardım göstərilib. Onlardan heç biri xəstəxanaya yerləşdirilməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...