Vladimir Putin ölkə konstitusiyasına dəyişikliklər etmək istəyir | Eurasia Diary - ednews.net

19 Sentyabr, Şənbə


Vladimir Putin ölkə konstitusiyasına dəyişikliklər etmək istəyir

Dünya A- A A+

Rusiya  Prezidenti Vladimir Putin rusiyalıları onun ölkə Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı təkliflərinə səs verməyə çağırıb.

Eurasia Diary  RİA “Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə Federal Məclisə mesajında bildirib.

Onun sözlərinə görə, Konstitusiyada vahid dövlət hakimiyyəti sisteminin prinsiplərini möhkəmləndirmək, Rusiya Konstitusiya Məhkəməsinin rolunu gücləndirmək və ona prezidentin sorğusu əsasında qanun layihələrinin və digər sənədlərin Konstitusiyaya uyğunluğunu yoxlamaq hüququ vermək lazımdır.

Rusiya dövlət başçısı həmçinin qeyd edib ki, Rusiyada vacib vəzifələr tutan şəxslərin, o cümlədən baş nazir, nazirlər və qubernatorların xarici vətəndaşlığı və yaşayış icazəsi olmaması vacibdir.(metbuat.az)

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...