Yanvarın 15-də İsrailin Hərbi Hava Qüvvələri HƏMAS-ın Qəzza zolağında yerləşən obyektlərinə raket zərbələri endirib.
Eurasia Diary Reuters-a istinadən xəbər verir ki, bundan bir neçə saat öncə Qəzzadan İsrail istiqamətində 4 raket buraxılıb.
İsrail tərəfinin yaydığı məlumata əsasən, raketlərdən ikisi “Dəmir Gümbəz” sistemi ilə zərərsizləşdirilib, ikisi isə insanların yaşamadığı əraziyə düşüb.
Cavab olaraq, İsrail HƏMAS-ın bir sıra obyektlərinə, o cümlədən silah istehsalı zavoduna raket zərbələri endirib. (virtualaz.org)