Böyük Britaniya, Fransa və Almaniya ABŞ Prezidenti Donald Trampın Avropa avtomobillərinə rüsum qoymayacağı vədi qarşılığında İranın nüvə sazişi üzrə Hərtərəfli Birgə Fəaliyyət Planının (HBFP) qalıqlarını satıb.
Eurasia Diary tass-a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.
“Avropa üçlüyü Trampın yeni rüsumlarından yayınmaq qarşılığında HBFP-nin qalıqlarını satdı. Belə getməz, dostlar! Siz sadəcə, onun iştahını qıcıqlandırırsınız... Dürüstlüyünüzü satmaq istəyirsinizsə, davam edin. Ancaq yüksək əxlaq və hüquqi əsas nəzərdə tutmayın. Sizdə onlar yoxdur", - iranlı nazir “Twitter” səhifəsində yazıb.
Xatırladaq ki, dünən “The Washington Post” qəzeti mənbələrə istinadən D.Trampın İranı HBFP-nı pozmaqda ittiham etməyəcəyi təqdirdə Paris, London və Berlini Avropa avtomobillərinə 25% rüsum tətbiq edəcəkləri ilə təhdid edib. İddiaya görə, xəbərdarlıq bu ölkələrin yanvarın 14-də nüvə anlaşması çərçivəsində mübahisələrin həlli mexanizmini işə salmasından bir həftə əvvəl edilmişdi. (report.az)