Mişustin Rusiyanın baş naziri seçildi | Eurasia Diary - ednews.net

23 Yanvar, Cümə axşamı


Mişustin Rusiyanın baş naziri seçildi

Dünya A- A A+

Rusiya Dövlət Dumasının deputatları Mixail Mişustinin Baş Nazir vəzifəsinə namizədliyini təsdiqləyiblər.

Eurasia Diary xəbər verir ki, 383 nəfər onun lehinə səs verib, 41 nəfər bitərəf qalıb, əleyhinə səs verən olmayıb.

Səsvermədə Konstitusiyaya dəyişiklik təkliflərini hazırlamaq üçün işçi qrupun iclasında iştirak etdikləri üçün 12 deputatın olmadığı qeyd olunur.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin yanvarın 15-də Dmitri Medvedevin rəhbərlik etdiyi hökuməti istefaya göndərib. Görülən işlərə görə Medvedevlə komandasına təşəkkür edib və yeni bir kabinet formalaşana qədər vəzifələrini yerinə yetirməyi tapşırıb.

Dmitri Medvedev hökumətin istefasını elan etdikdən sonra vəzifə boş qalıb. Putinin təşəbbüsü ilə o, Prezidentin başçılıq etdiyi Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsini icra edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...