Vulkan püskürməsi nəticəsində 82 min insan təxliyə olunub | Eurasia Diary - ednews.net

23 Fevral,


Vulkan püskürməsi nəticəsində 82 min insan təxliyə olunub

Dünya A- A A+

Filippinin paytaxtı Manila yaxınlığında yerləşən Taal vulkanı lava püskürüb.

Eurasia Diary xəbər verir ki, təbiət hadisəsi nəticəsində 2 min insan həlak olub. Vulkanın yerləşdiyi Batanqs əyalətindəki Fövqəladə Halların Risklərinin Azaldılması Mərkəzi vulkan bölgəsindən 14 km məsafədə yaşayan 82 min insanın təxliyə olunduğunu bildirib. Vulkan yaxınlığında çox sayda şəhərdəki yol və qəsəbələrdə çatlar müşahidə edən Filippin Seysmologiya və Vulkan İnstitutu Taalın hər an yenidən lava püskürə biləcəyini xəbər verib.

Qeyd edək ki, Taal vulkanı yanvarın 12-dən fəaliyyətə keçib. Dünyanın ən kiçik aktiv vulkanı olan Taal Filippindəki 10-dan çox təhlükəli vulkandan biri sayılır.

Xatırladaq ki, Filippin Sakit okeanda "Alov Çevrəsi" adlandırılan zəlzələlərin və vulkanların intensiv olduğunu seysmik xətt üzərində yerləşir. (publika.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...