İran XİN: Təyyarə qəzasından siyasi məqsədlər üçün istifadə olunmamalıdır | Eurasia Diary - ednews.net

18 Fevral, Çərşənbə axşamı


İran XİN: Təyyarə qəzasından siyasi məqsədlər üçün istifadə olunmamalıdır

Dünya A- A A+

Təyyarə qəzası kimi faciəli hadisədən siyasi məqsədlər üçün istifadə etmək düzgün deyil.

Eurasia Diary Azərtac-a istinadən  xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Müsəvi yanvarın 17-də keçirdiyi mətbuat konfransında deyib.

Vətəndaşları təyyarə qəzasında həlak olan ölkələrin nümayəndələrinin Londonda bir araya gələrək birgə bəyanatla çıxış etmələrinə münasibət bildirən A.Müsəvi diqqətə çatdırıb ki, qəzadan siyasi məqsədlər üçün istifadə etmək etikaya sığmır.

Onun sözlərinə görə, həlak olanların kimlikləri müəyyən edilib və cəsədlər müvafiq ölkələrə göndəriləcək. İran bir daha ölənlərin ailələrinə başsağlığı verir və onlardan üzr istəyir.

Xatırladaq ki, yanvarın 16-da vətəndaşları təyyarə qəzasında həlak olan ölkələrin nümayəndələri Londonda bir araya gələrək birgə bəyanatla çıxış ediblər. Bəyanatda deyilir ki, İran araşdırmanı ədalətli apararaq həqiqətləri üzə çıxarmalı, həlak olanların ailələrinə təzminat ödəməli və onların məhkəmə prosesində iştirakını təmin etməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...