İran hakimiyyəti regionda bütün ölkələrlə, o cümlədən Səudiyyə Ərəbistanı ilə əməkdaşlığa hazırdır.
Eurasia Diary axar.az-a istinadla xəbər verir ki, bu sözləri Tehrandan səfərdən qayıdan Pakistan Xarici İşlər naziri Şah Mahmud Qüreyşi deyib.
“Düşünürəm ki, İran hakimiyyəti Səudiyyə, Bəhreyn, Suriya, İraq, Liviya - bir sözlə, regionda bütün dövlətlərlə qarşılıqlı əməkdaşlığa hazırdır”, - deyə XİN rəhbəri bildirib.
Qeyd edək ki, regiondakı gərginlik fonunda İran və Səudiyyə arasında siyasi yaxınlaşmanın olacağı barədə informasiyalar yayılmaqdadır.