Çinin Sincan-Uyğur bölgəsində daha bir zəlzələ olub | Eurasia Diary - ednews.net

19 Fevral, Çərşənbə


Çinin Sincan-Uyğur bölgəsində daha bir zəlzələ olub

Dünya A- A A+

Çinin şimal-qərbindəki Sincan-Uyğur Muxtar Rayonunda 5,4 bal gücündə zəlzələ olub.

Eurasia Diary Azərtac-a istinadən xəbər verir ki, bu barədə Çin Seysmologiya Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Qaşğar prefekturasında yerli vaxtla saat 00:02-də qeydə alınıb. Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib. Hələlik tələfat və dağıntı barədə məlumat yoxdur.

Qeyd edək ki, yanvarın 16-da muxtar rayonun Ağsu prefekturasında 5,6 bal gücündə zəlzələ olmuşdu.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...