Rusiyanın Novosibirsk şəhərində Tolmaçevo aeroportunda Vyetnamın Kamran şəhərinə uçmağa hazırlaşan sərnişin təyyarəsinin mühərriki yanıb.
Eurasia Diary bildirir ki, bu barədə TASS fövqəladə xidmətdəki mənbəyə istinadla xəbər yayıb. İlkin məlumata görə, təyyarə işə düşərkən yanacaq alışıb. Heyət yanğınsöndürmə sistemini işə salıb.
Təyyarədə həmin vaxt 180-dən artıq sərnişin olub. Onların hamısı təxliyyə edilib (oxu.az)