Maduro Papaya venesuelalıların katolisizmdən getdiyini bildirib | Eurasia Diary - ednews.net

19 Fevral, Çərşənbə


Maduro Papaya venesuelalıların katolisizmdən getdiyini bildirib

Dünya A- A A+

Dövlət başçısının fikrincə, bu hadisə son illər katolik kilsəsinin baş keşişlərinin siyasi fəallığı ilə şərtlənib.

Venesuela prezidenti Nikolas Maduro bildirib ki, ölkə vətəndaşları özünü siyasi hərəkətlərlə etibardan salmış katolik kilsəsindən kütləvi şəkildə uzaqlaşırlar.

Eurasia Diary bu barədə RİA  Novosti-yə istinadən xəbər verir.

"Əziz ata Fransisk, sizə Venesuela xalqının katolisizmdən imtina etdiyini demək istəyirəm. Ölkə vətəndaşlarının demək olar, 40 faizi özlərini xaçpərəst elan etdilər, əvvəlcə bu rəqəm 3 faiz idi", - deyə bələdiyyə başçıları ilə görüşün gedişatında Maduro bildirib.

Dövlət başçısının fikrincə, bu hadisə son illər katolik kilsəsinin baş keşişlərinin siyasi fəallığı ilə şərtlənib. Onlar faktiki olaraq Venesuelanın yepiskop icmasından siyasi partiya kimi istifadə edirlər.(inter.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...