"Bu faciənin siyasiləşdirilməsi doğri deyil. Biz hadisə qurbanlarının ailələrinə köklənməliyik."
Eurasia Diary SalamNews-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif rəsmi twitter səhifəsində yazıb.
İranın xarici işlər naziri Oman Sultanlığında kanadalı həmkarı ilə görüşdüyünü, Ukrayna təyyarəsi faciəsində ölənlərin hüquqlarının təmin edilməsi istiqamətində müzakirələrin aparıldığını bildirib.
Onun sözlərinə görə müxtəlif tərəflər bu məsələni siyasiləşdirməməli, yalnız hadisə qurbanlarının ailələrinin hüquqlarının təmin edilməsinə köklənməlidirlər.
Qeyd edək ki, cari ayın səkkizində Ukrayna sərnişin təyyarəsinin İranın havadan müdafiə qüvvələri tərəfindən səhvən vurulmasından sonra, ABŞ və Avropa ölkələri bu hadisə fonunda İrana təzyiqlərini artırıblar.