ABŞ Hərbi Hava Qüvvələrinin strateji pilotsuz aparatı Krım sərhədinə yaxınlaşıb.
Eurasia Diary xəbər verir ki, bu barədə "Plane Radar" "Twitter"dəki səhifəsində yazıb.
Servisin məlumatına görə, RQ-4 Global Hawk pilotsuz aparatı 17 yanvarda Amerika vaxtı ilə 6:50-də Siqonella aviabazasından buraxılıb. O, Donbasla sərhəddə monitorinq aparıb, daha sonra Qara dənizin Rusiya sahillərində kəşfiyyat uçuşu edib.
Xatırladaq ki, sonuncu dəfə Amerika pilotsuz aparatı Krım sahilində 28 dekabrda görünmüşdü.
O da İtaliyadakıSiqonella bazasından buraxılıb. (Cebhe.info)