Sabiq məmur ömürlük həbs edildi | Eurasia Diary - ednews.net

26 Fevral, Çərşənbə


Sabiq məmur ömürlük həbs edildi

Dünya A- A A+

Çinin Daxili Monqolustan Muxtar Rayonunun sabiq vəzifəli şəxsi 170 milyon yuan (24,7 milyon ABŞ dolları) məbləğində korrupsiya əməllərində təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib.

Eurasia Diary Azərtac-a istinadən xəbər verir ki, bu barədə qərarı muxtar rayonun Bayannur şəhərinin xalq məhkəməsi çıxarıb.

Məhkəmə prosesində Hohhot şəhərinin iqtisadi və texnoloji inkişaf zonasının icraçı sədrinin müavini işləmiş Bay Hayçuanın vəzifəsindən sui-istifadə edərək fiziki və hüquqi şəxslərdən nağd pul və bahalı hədiyyələr formasında rüşvət alması, habelə dövlət vəsaitini mənimsəməsi faktları sübuta yetirilib.

Sabiq məmur məhkəmə prosesində qanunsuz əməllərini etiraf edib, rüşvət kimi aldığı əmlakı və pulu dövlətə qaytarıb. Məhkəmə onun şəxsi əmlakının müsadirə edilməsinə də qərar verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...