İran Ukraynaya məxsus sərnişin təyyarəsinin "qara qutu"sunu təhvil vermək istəmir.
Eurasia Diary Al Arabiya-ya istinadən xəbər verir ki, rəsmi Tehran "qara qutu"dakı məlumatları özü oxumaq istəyir və bunun üçün xüsusi texnika almaq niyyətindədir.
Xatırladaq ki, Ukraynaya məxsus təyyarə ABŞ-İran böhranı fonunda Tehran üzərindən səhvən İran tərəfindən vurulub. Rəsmi Tehran hadisədən iki gün sonra rəsmi şəkildə üzr istəyib.