Livanda toqquşmalar: - Xəsarət alanların sayı 165 nəfərə çatıb | Eurasia Diary - ednews.net

21 Fevral, Cümə


Livanda toqquşmalar: - Xəsarət alanların sayı 165 nəfərə çatıb

Dünya A- A A+

Livanın paytaxtı Beyrutun mərkəzində aksiyaçılarla güc strukturları arasında baş verən toqquşmaların gedişatında zərərçəkənlərin sayı 165 nəfəri ötüb, onlardan azı 65-i xəstəxanaya yerləşdirilib.

Eurasia Diary xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin Livan bölməsi bildirib.

"Hazırda 65-dən çox yaralı xəstəxanaya yerləşdirilib, 100-dən çox zərərçəkənə hadisə yerində tibbi yardım göstərilib", - təşkilatın bəyanatında deyilir.

Zərərçəkənlər arasında nümayişçilərlə yanaşı, təhlükəsizlik qüvvələrinin əməkdaşları da var. Xəsarət halları əsasən gözyaşardıcı qazdan istifadə və daş atılmaları zamanı baş verib.

Daha əvvəl toqquşmalar zamanı 75 nəfərin xəsarət aldığı bildirilirdi.

*** 

Livanda aksiyaçılarla güc strukturunun nümayəndələri arasında növbəti toqquşmalar baş verib.

Eurasia Diary-nin məlumatına görə, bu barədə RİA “Novosti” Qırmızı Xaç Cəmiyyətinin Livan bölməsinə istinadən məlumat yayıb.

Məlumata görə, toqquşmalar paytaxt Beyrutun mərkəzində, parlament binasının qarşısında baş verib. Qarşıdurmalar zamanı 75 nəfər xəsarət alıb.

"Hazırda Beyrutun mərkəzində toqquşmaların gedişatında xəsarət alan 30 nəfər xəstəxanaya yerləşdirilib. 45 vətəndaşa yerindəcə tibbi yardım göstərilib", - deyə Qırmızı Xaç Cəmiyyətinin Livan bölməsinin bəyanatında bildirilir.

Qeyd edilir ki, zərərçəkənlər arasında aksiyaçılarla yanaşı, güc strukturlarının nümayəndələri də var.

Zərərçəkənlər gözyaşardıcı qazın tətbiqi və atılan daşlardan xəsarət alıblar. (report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...